Joze Mourinyo parkda məşq keçdi -FOTO
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq vaxtı diqqəti cəlb edib.
Sportfm.az xəbər verir ki, onlardan birinin yarımmüdafiəçi Tanqay Ndombele olduğu bəlli olub.
Eyni parkda London təmsilçisinin daha iki üzvü - yarımmüdafiəçi Rayan Sessenyon və müdafiəçi Davinson Sançes də məşq edib. Onlar Mourinyonun qrupundan ayrı çalışıblar.
İngiltərədəki karantin qaydaları insanların gəzintiyə çıxmalarına və ya gündə bir dəfə açıq havada məşqlər etmələrinə imkan verir. Lakin bu zaman insanlar bir-birilərindən iki metr məsafədə olmalıdırlar. Amma oyunçuların bu tövsiyəyə bir neçə dəfə məhəl qoymadıqları diqqətdən yayınmayıb.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.
Oxşar xəbərlər
"Tottenhem" Joze Mourinyonu qovdu -
Futbolçuları parkda məşq etdirən Mourinyo peşmandır - "Təkcə ailəmizlə təmasda olmalıyıq"
Joze Mourinyo debüt matçında 3 xal qazandı
Bədxərc Mourinyo
"Milan" parkda məşq etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası