Bakıdakı Dünya Kuboku təxirə salınacaq
Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku təxirə salına bilər.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov açıqlama verib.
O, hələ ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasından (ISSF) rəsmi məlumatın gəlmədiyini bildirib: "Hazırda heç bir ölkə yarış keçirmir. Ola bilsin ki, biz də vaxtını dəyişdirək. Biz Dünya Kubokunu təşkil etməyə hazırıq. Dünya Kubokunun təxirə salınma ehtimalı da var".
Cəfərov bildirib ki, dövlət hansı tapşırığı versə, ona da əməl edəcəklər: "Belə olacağı təqdirdə, yarışın vaxtını dəyişdirəcəyik".
Qeyd edək ki, Bakıdakı Dünya Kubokunun 22 iyun - 3 iyulda keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Stend atıcılığı üzrə Bakı kuboku keçiriləcək
61 ölkədən 605 idmançı - Dünya Kuboku
Ukrayna idmançılarının xərcləri qarşılanacaq - Dünya Kubokunda
Bakıdakı Dünya Kuboku baş tutmayacaq
Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı həyacan siqnalı - IOC-a müraciət edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FİFA referimizə UEFA-dan təyinat
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Gəncəbasar” 7–0 “Zaqatala” - VİDEO















Misli Premyer Liqası