Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngiltərə klubları koronavirusla mübarizəyə görə 100 min funt sterlinq bağışladı
İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klubları koronavirus pandemiyasına görə ərzaq banklarına maliyyət yardımı göstəriblər.
Sportfm.az xəbər verir ki, bu barədə "Mançester Yunayted"in rəsmi saytı məlumat yayıb. Klubların hər biri sosial cəhətdən həssas qruplara kömək üçün 50 min funt sterlinq (təqribən 55 min avro) ayırıb.
Daha öncə hər iki klubun azarkeşləri eyni təşəbbüslə çıxış ediblər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasındakı fasilə koronavirusa görə aprelin 30-dək uzadılıb. Daha əvvəl çempionat oyunlarının aprelin 3-dək təxirə salınması qərara alınmışdı.(report)
Oxşar xəbərlər
Bir klub üçün 4 milyard funt sterlinq
Premyer Liqanın ən bahalı heyətə sahib klubları - SİYAHI
Klub 175 milyonluq borca girdi
"Mançester Yunayted"in son maliyyə ili üçün rekord gəliri
Ən bahalı saat hansı məşqçidədir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası