Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Londonda Tayfur rüzgarı -Lisenziya qazandı
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.
Sportfm.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev bu hüquqa yiyələnib.
Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.
Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.
Oxşar xəbərlər
Tayfur Əliyev mübarizəni dayandırdı - Tokio-2020
Sotomayor Tokio-2020-yə lisenziya qazandı
Daha bir boksçumuzdan lisenziya - Tokio-2020
Boksçularımız təsnifat turnirində mübarizə aparacaqlar - Parisdə
Olimpiya lisenziyalı turnirin vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası