reklam
Maradona komandadan kənarlaşdırıldı -
Sportfm.az xəbər saytı

Maradona komandadan kənarlaşdırıldı -Koronavirus şübhəsi var


Argentina təmsilçisi "Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona komandadan təcrid olunub.

Sportfm.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə kollektivdən kənarlaşdırılıb.

Klubunun tibbi heyətinin rəhbəri Flavio Tunessi tədbir məqsədi ilə bu addımı atdıqlarını bildirib: "Maradona komandadan təcrid olunub və risk altında olduğu üçün birinci mərtəbədəki otaqdadır".

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub. O, 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır. 

 

Oxşar xəbərlər

Maradonanın köməkçisi istefa verdi
Dieqo Maradona əməliyyat olundu - "Hər şey normal və fəsadsız başa çatdı"
Dieqo Maradona karantinə alındı - Koronavirusa görə
"Messi və Ronaldo dünyanın ən yaxşı futbolçularıdır" - Dieqo Maradona
Dieqo Maradona millinin təklifini rədd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər