Premyer Liqanın daha iki turu təxirə salındı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII, XXIV, I Divizionda isə XXI və XXII turun oyunları təxirə salınacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
O, bildirib ki, ölkədə bir ay müddətinə bütün kütləvi tədbirlər ləğv olunub: "Bütün idman qurğularının fəaliyyətini müvəqqəti dayandırılıb. Təbii ki, biz də bundan kənara çıxa bilmərik. Buna əməl olunacaq. Qarşılaşmalar stationlarda keçirilir və arenaların nə vaxt açıqlacağı tam bəlli deyil. Buna görə növbəti iki tur da təxirə salınır. Qərardan kənara çıxa bilmərik. Aprelin 14-ə kimi bütün kütləvi tədbirlər ləğv olunub".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXIII turun oyunları 4-5 apreldə, XXIV turun matçları isə 11-12 apreldə keçirilməli idi. I Divizionda isə isə XXI tur 2-3 apreldə, XXII tur isə 9-10 apreldə olmalı idi.
PFL daha öncə Premyer Liqada XXI və XXII, I Divizionda isə XX turun təxirə salındığını açıqlayıb.
Oxşar xəbərlər
“Qəbələ” – “Qarabağ” oyunu təxirə salındı
XXII və XXIII turların proqramı bilindi - Misli Premyer Liqası
Daha 4 oyun təxirə salındı - Premyer Liqa
Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ
PFL açıqladı - Premyer Liqının oyunları təxirə salınmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası