Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin oyunu təxirə salındı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə – Azərbaycan matçı nəzərdə tutulduğu kimi martın 26-da oynanılmayacaq.
Görüş koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.
Buna qədər əsas millinin Maltadakı təlim-məşq toplanışı və ordakı yoxlama matçları təxirə salınmışdı.
Oxşar xəbərlər
Azərbaycan millisinin daha bir oyunu təxirə salındı - Koronavirusa görə
Çempionatın oyunu təxirə salındı - Koronavirusa görə
Millimizin iki oyunu təxirə salındı - Avropa çempionatı
İsveçrə – Azərbaycan oyununun vaxtı müəyyənləşdi
AFFA UEFA-ya müraciət edir - Avropa çempionatının oyununun təxirə salınması üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası