İngiltərə, Almaniya və İtaliya klublarının futbolçuları karantinə alındı
İngiltərənin “Lester”, Almaniyanın “Hannover” və İtaliyanın “Sampdoriya” komandalarının futbolçuları koronavirusa yoluxub.
Sportfm.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.
“Lester”də 3 futbolçunun analizi müsbət nəticə verib. Amma həmin oyunçuların adları açıqlanmayıb.
“Hannover” klubunun müdafiəçisi Yannes Hornda da koronavirus aşkarlanıb. Bu, 2-ci Bundesliqa klubunda ikinci yoluxma halıdı. 23 yaşlı futbolçudan əvvəl komanda yoldaşı Timo Hübersin virusa yoluxduğu açıqlanmışdı.
“Sampdoriya” isə rəsmi saytı vasitəsilə hücumçusu Manolo Qabbyadininin koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb. Adları çəkilən bütün futbolçular karantinə alınıblar.
Niderland və Portuqaliyada isə pandemiyaya görə bütün futbol çempionatları təxirə salınıb.
Oxşar xəbərlər
Premyer Liqa klubunda Avropa Liqası matçı öncəsi yoluxma - Kütləvi
"Fənərbaxça"nın oyunçularında koronavirus aşkarlandı - Karantin alındılar
Super Liqa klubunda koronavirus şoku - 7 yoluxma
“Yuventus” karantinə alındı - Bütün kollektiv
ABŞ-da çıxış edən futbolçu virusa yoluxdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası