"Qarabağ" "Keşlə"ni məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Qış fasiləsindən sonra uğurlu çıxış edən "Səbail" ardıcıl məğlubiyyətlərlə üzləşən "Zirə"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.
Digər oyunda isə lider "Qarabağ" "Keşlə"nin qonağı olub. Ağdam klubu rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da, "Qarabağ" yenidən ikinci pillədə olan "Neftçi" ilə xal fərqini 8-ə çatdırıb.
8 mart (bazar)
18:00. “Keşlə” – “Qarabağ” - 0:2
Qol: Abdullah Zubir, 31, Filip Ozobiç, 87
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
“ASK Arena”
16:00. “Səbail” – “Zirə” - 1:3
Qol: David Volkov, 12 (0:1), Rauf Əliyev, 34 (1:1), Ağabala Ramazanov, 59 (1:2), Şafik Tiqrudja, 80 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”
Oxşar xəbərlər
“Qarabağ” "Zirə"ni, "Sabah" "Səbail"i məğlub etdi - Azərbaycan Premyer Liqası
"Qarabağ"dan xal itkisi - Azərbaycan Premyer Liqası
"Qarabağ"dan böyükhesablı qələbə, Zirə bərabərə qaldı - Premyer Liqa
"Sumqayıt" "Keşlə"ni məğlub etdi - Premyer Liqa
"Zirə" "Səbail"ə 3 qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası