Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
9 futbolçu faciəvi şəkildə dünyasını dəyişdi -Hadisə
Qvineyada 2-ci divizion təmsilçisi "Etual de Qvineya"nın futbolçularını səfər matçına aparan avtobus qəzaya uğrayıb.
Sportfm.az xəbər verir ki, bədbəxt hadisə paytaxt Konakridən 250 km məsafədə yerləşən Mamu şəhəri yaxınlığında qeydə alınıb. Olayın səbəbləri haqda dəqiq məlumat verilməsə də, Qvineya Futbol Liqası məlumatı təsdiqləyib. Hadisə nəticəsində 9 futbolçu dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alanlar arasında xəstəxanaya yerləşdirilənlər də var.
Qeyd edək ki, qəzadan ölən oyunçulardan biri İngiltərə "Liverpul"unun üzvü Nabi Keytanın əmisi oğlu Almi Keytadı.
Oxşar xəbərlər
“Mingəçevir” komandası qəzaya uğradı, xəsarət alanlar var
Türkiyə klubunun avtobusu qəzaya uğradı - Hadisə
8 futbolçu dünyasını dəyişdi - Avtobus qəzası
Futbolçular qəzaya düşdü
Əyləc tutmadı, 8 futbolçu xəstəxanalıq oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası