Azərbaycan Premyer Liqasının oyunları təxirə salına bilər -PFL-dən açıqlama
Son vaxtlar dünyada yayılan koronavirus təhlükəsi futboldan da yan keçməyib. Artıq, bir çox ölkələrdə futbol matçları təxirə salınıb, məşqlər dayandırlıb. Bəzi ölkələrdə qarşılaşmalar azarkeşsiz keçirilir. Hətta, iş o həddə çatıb ki, yayılan ölümcül xəstəliyə görə avrokubok oyunlarının bəzilərinin də başqa vaxtda keçirilməsi qərara alınıb.
Səhiyyə nazirliyinin verdiyi son məlumata görə, artıq Azərbaycanda bu virusa yoluxan 6 nəfər var. Ölkəmiz koronavirusun geniş yayıldığı İranla sərhədlərini bağlayıb. Bəs bizdə necə, belə bir durumda futbol üzrə Azərbaycan Premyer Liqasının görüşlərini təxirə salmağa ehtiyac varmı? Sportfm.az saytı bu sualla Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevə müraciət etdi. Qurum rəsmisi PFL-in durumla bağlı qərarını açıqladı:“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında ölkə ərazisində keçirilən kütləvi idman tədbirlərinin təxirə salınması ilə bağlı hər hansı bir qərar yoxdur. Odur ki, biz Azərbaycan Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına normal şəkildə davam edəcəyik. Məsələ ilə bağlı iclas keçirdik və digər ölkələrdən də nümunə götürdük. Misal üçün Koronovirusun geniş yayıldığı İtaliyada sadəcə bəzi oyunlar təxirə salınır. Qonşu ölkələrdə isə çempionat öz axarı ilə davam edir. İndiki məqamda oyunların təxirə salınması məsələsi gündəmdə deyil. Oyunların keçirilməsi ilə bağlı hər hansı bir problem yaranarsa (ezam, tibbi, təhlükəsizlik) komandaların fərdi müraciəti olarsa, bu məsələlərə baxıla bilər”. Aslan bəy, növbəti həftə, XX turun matçlarından sonra PFL-in bu məsələ ilə bağlı daha bir toplantısının baş tutacağını və son durumun müzakirə ediləcəyini, əgər ortada ciddi bir problem olarsa, təxirəsalma hallarının yaşana biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Millətlər Liqası təxirə salına bilər - ŞOK
Yaponiyanın baş naziri danışdı: "İdmançıları düşünməliyik"
Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ
PFL açıqladı - Premyer Liqının oyunları təxirə salınmayacaq
Ölkə çempionatında növbəti turun oyunları təxirə salına bilər - Koronavirusa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası