Dahi fransız yenə futbolsuz qalacaq
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) UEFA-nın sabiq prezidenti Mişel Platininin futboldan 4 il müddətinə kənarlaşdırılması ilə bağlı cəzaya etirazına hüquqi qiymət verib.
Sportfm.az xəbər verir ki, qurum keçmiş futbol funksionerinin etirazını rədd edib.
Məhkəmədən verilən açıqlamada veteran futbolçunun cəzasında insan hüquqlarının pozulması halına rast gəlinmədiyi bildirilib.
Mişel Platini 2011-ci ildə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdən 2 milyon İsveçrə frankı (3,46 milyon manat) aldığı üçün ali futbol qurumunun etik qaydalarını pozub və buna görə 8 il müddətinə futboldan diskvalifikasiya olunub.
Daha sonra İdman Arbitraj Məhkəməsi cəza müddətini 4 ilə endirib. O, bundan sonra İsveçrə Federal Məhkəməsinə müraciət etsə də, etirazı təmin edilməyib.
Oxşar xəbərlər
Blatter və Platini bəraət aldı - Qərar
Mişel Platini yeni vəzifəyə təyinat aldı
Mişel Platini azadlığa buraxıldı
Dopinqdə ilişsə də, dünya çempionatına gedir
Blatterin etirazı yenə rədd edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası