Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ter Ştegenlə bağlı qərar verildi -"Barselona"da qalır
"Barselona" qapıçısı Mark-Andre Ter Ştegenlə bağlı qərarını verib.
Sportfm.az xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Almaniyalı "çərçivə qoruyucusu"nun da Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istədiyi bildirilir. Barcelona-nın tezliklə futbolçu ilə daha yaxşı şərtlərlə uzunmüddətli müqavilə imzalayacağı deyilir.
Bir müddət əvvəl futbolçunun adı bir neçə klubla yanaşı çəkilsə də, katalonların qapıçı üçün 180 milyon avro tələb etməsi səbəbiylə transfer baş tutmamışdı.
2014-cü ildən "Barselona"da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.
Oxşar xəbərlər
Alman qapıçı ispan klubunda qalır
"Barselona"nın təklifini qəbul etmədi
Cennaro Qattuzo ilə bağlı qərar verildi
90 milyon qiymət qoydular - FOTO
“Yuventus” Dibalaya yeni anlaşma təklif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası