reklam
Futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı -
Sportfm.az xəbər saytı

Futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı -FOTO


Rusiyanın "Neftyanik" uşaq komandasının futbolçuları Ulyanovsk yaxınlığında qəzaya düşüblər.

Sportfm.az xəbər verir ki, komandanı daşıyan avtobus dərəyə yuvarlanıb. 

Avtobusda 26 uşaq və 3 məşqçi olub. Qəza nəticəsində 9 uşaq yaralanıb. Onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bundan başqa, məşqçilərdən birinə də tibbi yardım göstərilib. Avtobusun digər sərnişinləri isə qorxaraq qaçıblar. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 27 canlı qüvvə və 12 texnika göndərilib. 

İlkin versiyaya əsasən, sürücü yolun həmin hissəsinin keyfiyyətsiz olması səbəbindən idarəetməni itirib. Qəzanın dəqiq səbəbləri barədə mütəxəssislərin rəyindən sonra açıqlama veriləcək.

Oxşar xəbərlər

Millinin oyunçularını daşıyan avtobus qəzaya düşdü - FOTO
8 futbolçu dünyasını dəyişdi - Avtobus qəzası
Futbol klubunun avtobusu qəzaya uğradı - 4 nəfər həlak oldu
Avtobus dərəyə yuvarlandı, 7 futbolçu vəfat etdi - Hadisə
Futbolçular qəzaya düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər