Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın sabiq qapıçısı "Milan"da debüt etdi
İtaliya A Seriyasında 25-ci turun görüşləri keçirilir.
Sportfm.az xəbər verir ki, "Milan" səfərdə "Fiorentina" ilə 1:1 hesablı heç-heçə edib.
Mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç "Milan"da debüt edib. Bosniyalı qapıçı 52-ci dəqiqədə zədələnən Canluici Donnarummanın əvəzinə meydana daxil olub. O, 85-ci dəqiqədə penaltini dəf edə bilməyib.
"Milan" 32 yaşlı qapıçını "Bornmut"dan mövsümün sonuna qədər icarəyə götürüb. Beqoviç "Qarabağ"da 17 oyun keçirmişdi.
Çempionatın turnir cədvəlinə 60 xalla "Yuventus" başçılıq edir. "Milan" 36 xalla 7-ci, "Fiorentina" 29 xalla 13-cüdür.
"Fiorentina" - "Milan" - 1:1
Qollar: Erik Pulqar, 85 (pen.) - Ante Rebiç, 56
Oxşar xəbərlər
"Milan" - "Parma" - 3:1 - VİDEO
"Milan"dan müdhiş "comeback" - VİDEO
Beqoviçin "Milan"dakı taleyi - Cəmi iki oyun
90+3-də gələn qələbə
"Qarabağ"dan "Milan"a... FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası