"Qarabağ"ın sabiq futbolçusu Ukraynada
“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotskinin yeni klubu məlum olub.
Sportfm.az xəbər verir ki, ukraynalı qolkiper karyerasını ölkəsində davam etdirəcək. 31 yaşlı əlcək sahibi Premyer Liqada çıxış edən “Karpatı” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
"Ukrayna çempionatında uzun müddətdir oynamıram. Evdə oynamaq gözəldir. Premyer Liqanın oyunlarını izləyirdim. Bu səbəbdən də baş verənlərdən xəbərdaram. "Karpatı"ya qarşı dəfələrlə oynamışam. Xüsusilə də Lvovda oynamaq asan deyildi.
İndi bu komandaya kömək etmək üçün əlimdən gələni edəcəm. Yaxşı insanlar, əla komanda və adaptasiyada problem yoxdur. Gənc qapıçı Oleq Kudriklə "Şaxtyor"da komanda yoldaşı olmuşam. Rəqabət normal haldır. Hamı oynamaq istəsə də, qərarı baş məşqçi verir", - deyə qapıçı Lvov klubunun saytına fikirlərini bölüşüb.
Anton Kanibolotski “Qarabağ”a 2017-ci ilin yayında Donetsk "Şaxtyor"undan keçmişdi. 2018-ci ilin yayında Ağdam təmsilçisindən ayrılıb, Polşanın "Medz" komandasına keçən qapıçı 6 ay idi ki, klubsuz qalmışdı.
Oxşar xəbərlər
Premyer Liqadan uzaqlaşdırıldı
Almeydanın yeni klubu bəlli oldu - RƏSMİ
"Mənə Azərbaycan vətəndaşlığı təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim" - Yaroslav Deda
"Neftçi"dən qovuldu, Premyer Liqa klubu ilə anlaşdı
"Qarabağ"ın sabiq hücumçusunun yeni klubu məlum oldu - Albaniyada oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası