Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatı seçkiyə görə təxirə salındı
Basketbol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd olunur ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı AzTU-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Super Liqanın 16-cı turunun oyunları başqa vaxta təyin ediləcək.
Sözügedən turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Çempionatın görüşləri məhz Texniki Universitetin idman zalında təşkil olunur.
15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:
- Zirvə Astara – 28 xal
- Atom – 26
- Sərkərdə – 23
- Xırdalan – 22
- Gəncə – 22
- Atletik Baku – 21
- Sıçrayış – 21
- 80-lər – 14
Oxşar xəbərlər
Seçkilərə görə təxirə salınan oyunlar baş tutacaq
Azərbaycan Super Liqasında 16-cı turun cədvəli
Lider növbəti qələbəsini qazandı
"Xırdalan" Bakıya gəlir - Oyun cədvəli açıqlandı
"Zirvə" yenə zirvədə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası