Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mətbuat nümayəndələri üçün seminar -FOTO
Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib.
Sportfm.az xəbər verir ki, hakimlər Komitəsinin sədri Fritz Stuchlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb.
F.Stuchlik seminar iştirakçılarına Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklər, VAR sisteminin hansı hallarda tətbiqi ilə bağlı ətraflı məlumat verib. Proqrama uyğun olaraq, 10 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videçoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Daha sonra viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.
Sonda Azərbaycan Premyer Liqasının qış fasiləsinədək keçirilmiş oyunlarında qeydə alınmış maraqlı epizodlardan ibarət videoçarxlar nümayiş olunub, müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Oxşar xəbərlər
Hakimlər üçün seminar keçirildi
Hakimlər üçün seminar keçirildi - FOTO
AFFA idman jurnalistləri üçün seminar keçirdi
Hakim-inspektorlar üçün seminar keçirildi - FOTO
Hakimlər mətbuat nümayəndələri üçün seminar keçdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası