"Premyer Liqanızın səviyyəsi aşağıdır" -"Sabah"ı tərk edən legioner
Qış fasiləsində "Sabah"dan ayrılan Hendrik Ekşteyn gedişinin əsl səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi ölkəmizə uyğunlaşa bilmədiyi üçün bu addımı atdığını bildirib. "Pule" ləqəbli futbolçu çempionatımızın səviyyəsinin aşağı olmasının da qərarına təsir etdiyini vurğulayıb:
"Sabah"dan ayrılmağım daha çox şəxsi məsələlərlə bağlıdır. Dil problemi, həyat tərzi və oyun üslubu bu qərarı verməyimə səbəb oldu. Bir sözlə, nə ölkəyə, nə də futboluna uyğunlaşa bildim. Yeni gələn baş məşqçi ilə heç bir problemim yox idi. Bayaq da dediyim kimi, sizin futbol mənim oyun tərzimə uyğun gəlmədi. Digər tərəfdən, Premyer Liqanızın səviyyəsi də aşağıdır".
Cənubi afrikalı forvard yaya qədər klubsuz qala bilər: "Özümü daha güclü çempionatlarda sınamaq istəyirəm. Hələlik isə dincəlirəm. Ümumiyyətlə, bu mövsüm heç bir klubda oynamaq istəmirəm. Yaya kimi istirahət etməyi düşünürəm. Bu, fiziki yorğunluqla bağlı deyil".
Cari mövsümün əvvəlində ölkəsinin "Kayzer Çifs" klubundan "Sabah"a transfer olunan Ekşteyn Masazır təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.(sportinfo.az)
Oxşar xəbərlər
"Bu oyuna xüsusi münasibət bəsləmirəm" - Hendrik Ekşteyn
Ekşteyn səviyyəsiz Premyer Liqamızda oynayacaq - "Səbail"ə transfer olundu
Hendrik niyə "Sabah"ı seçdi? - Məlum oldu
"Sabah" daha bir legioner transfer etdi - FOTO
Afrikalı futbolçu "Sabah"da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası