"Zirə" 4 futbolçusu ilə yollarını ayırdı
"Zirə" klubu 4 futbolçusu ilə yollarını ayırmağı qərara alıb.
Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zaur Həşimov məlumat verib.
39 yaşlı mütəxəssis Elvin Məmmədovla yanaşı, Bəxtiyar Həsənalızadə, Soni Norde və Anastasios Papazoqlunun əvəzedici heyətdə məşq etdiyini söyləyib: "Biz onları evəzedici heyətə göndərməmişik. Sadəcə, demişik ki, klub tapana kimi orada olun və məşq edin ki, formada olasınız".
Həşimov əvəzedici heyətdə məşq edən oyunçuların Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına aparılmayacaqlarını da sözlərinə əlavə edib. O, hələlik heç bir legionerlə anlaşmadıqlarını da söyləyib: "Antalyaya baxışa bir neçə futbolçu dəvət etmişik. Adlarını açıqlaya bilmərəm. Keçid həll olunmamış danışmağım düzgün deyil".
Qeyd edək ki, "Zirə" Premyer Liqanın ilk yarısnı 17 xalla beşinci pillədə bitirib. Qəsəbə klubu Türkiyəyə yanvarın 8-də yola düşəcək. “İC Santai” otelində məskunlaşacaq komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Rəqiblər yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, yanvarın 16-da Rumıniyanın “Sepsi”, yanvarın 21-də isə Serbiyanın “Napredak” klubları olacaq.
"Zirə" yanvarın 22-də Bakıya qayıdacaq. (report)
Oxşar xəbərlər
Azərbaycan klubları Antalyaya yola düşdü - Toplanış
"Zirə"dən bir ilk - Toplanış üçün Antalyaya yollandı
"Zirə"nin Türkiyədəki rəqibləri bəlli oldu - Təlim-məşq toplanışı
"Zirə"nin rəqibləri məlum oldu
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası