reklam
“Səbail”də
Sportfm.az xəbər saytı

“Səbail”də "yarpaq tökümü" davam edir -Elvin Yunuszadə getdi


“Səbail” daha bir futbolçusu ilə vidalaşıb. 

Sportfm.az xəbər verir ki, paytaxt klubu Ağabala Ramazanovun ardından Elvin Yunuszadə ilə də yolları ayırıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, futbolçunun klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Yunuszadəyə azad agent statusu verilib. 

“Səbail” Elvin Yunuszadəyə klubun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Paytaxt təmsilçisində 25 oyuna çıxan müdafiəçi 2 qola imza atıb.

Oxşar xəbərlər

"Səbail" qapıçısını göndərdi - Müqaviləyə xitam verildi
"Səbail" qapıçısını göndərdi - Müqaviləyə xitam verildi
"Səbail" futbolçusunu göndərdi - Müqaviləyə xitam verildi
“Zirə”dən “Səbail”ə transfer olunan futbolçu "ortada qaldı"
Qaraxanov da Avtandil Hacıyevə lazım olmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər