reklam
Olimpiya oyunlarının stadionu açıldı -
Sportfm.az xəbər saytı

Olimpiya oyunlarının stadionu açıldı -FOTO


2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya oyunlarının əsas stadionunun açılışı olub.

Sportfm.az xəbər verir ki, stadionun açılışında Yaponiyanın baş naziri Sindzo Abe və bir neçə rəsmi şəxs iştirak edib. Yanvarın 1-i stadionda futbol üzrə Yaponiya kubokunun finalı keçiriləcək.

Olimpiya stadionu üç il ərzində tikilib. 1,44 milyard dollarlıq tikilinin memarı Kenqo Kumadır. 68 min tamaşaçı üçün nəzərdə tutulan stadionda Olimpiadanın açılış və bağlanış mərasimləri, futbol və yüngül atletika üzrə yarışlar keçiriləcək. 

Olimpiya oyunları 2020-ci ilin 24 iyul – 9 avqust tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Yay Olimpiya Oyunları başa çatdı - Tokio-2020
Olimpiya Oyunlarının sınaq yarışları Rusiyada keçiriləcək - Fevralda
Olimpiadanın baş tutacağı tarix açıqlandı
Olimpiya Oyunları baş tutacaq - Tarix dəyişməyəcək
Tokio olimpiada xərclərini azaldır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər