Millimizdə yeni baş məşqçi! -iki gürcü mütəxəssis Bakıya dəvət edildi
Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze və hazırda Qazaxıstanın "Ordabası" klubunda işləyən K.Sxadadze Azərbaycanda səfərdə olub.
Sportfm.az xəbər verir ki, hər iki çalışdırıcının paytaxtımıza dəvət edilməsi, onların milli komandamızın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olması ilə bağlı olduğu ehtimal edilir. Hətta Şota Arveladze dünən Respublika stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla birgə Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Düdelanj” oyununu Skyboxdan izləyib.
Qeyd edək ki, K.Sxadadze karyerası ərzində Azərbaycan komandalarından "İnter" və "Standard"a da baş məşqçilik edib. O, 2015-2016-cı illərdə Gürcüstan millisinin sükanı arxasında olub.
Oxşar xəbərlər
Arveladze “Neftçi”də - RƏSMİ
Kaxaber Sxadadze Gürcüstana qayıtdı - "Dinamo"da davam edəcək
Gürcüstanlı mütəxəssis ilin ən yaxşısı oldu - Özbəkistanda
Şota Arveladze "Paxtakor"u tərk etdi - Müqaviləsi bitdi
"Neftçi"yə gəlmədi, ilin ən yaxşısı oldu - Şota Arveladzenin uğuru
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası