reklam
Region Liqasından 3 futbolçu həbs edilə bilər -
Sportfm.az xəbər saytı

Region Liqasından 3 futbolçu həbs edilə bilər -danışılmış oyunlara görə


AFFA danışılmış oyunlara qarşı apardığı mübarizə çərçivəsində Region Liqasından 3 futbolçunu yarışlardan uzaqlaşdırıb. 

Sportfm.az xəbər verir ki, "Uğur"un müdafiəçisi Cəmşid Məhərrəmov, "Ağsu Siti"nin üzvü Tuqay Alhüseynli və "Alyans"ın arxa xətt oyunçusu Cəmil Rəhimli futboldan uzaqlaşdırılıb. 

Cəmşid Məhərrəmov bir zamanlar Azərbaycanın əsas milli komandasında oynayıb. "Sumqayıt" və "Zirə"nin sabiq futbolçusu Cəmil Rəhimli isə U-21 millisində çıxış edib. 

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. 

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var. 

AFFA İntizam Komitəsi bu gün I Diviziondan 25 nəfəri cəzalandırmışdı.

Oxşar xəbərlər

“Neftçi”nin baş məşqçisi bağışlanmadı - Qərar
İntizam Komitəsinin qərarı - Abbasov ömürlük futboldan uzaqlaşdırıldı
AFFA-dan növbəti uzaqlaşdırma qərarı
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı
ŞOK - AFFA 25 nəfəri futboldan uzaqlaşdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər