İdmançımız Avropa rekordu müəyyənləşdirdi
Azərbaycan ağırlıqqaldıranı Nurlan Məmmədzadə İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub.
Sportfm.az xəbər verir ki, yaşı 15-ə qədər olan atletlərin yarışında 73 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub. O, təkanla qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb.
Məmmədzadə bu çəkinin öhdəsindən gəlməklə öz yaş qrupunun bu çəkisində təkanla qaldırma hərəkətinin yeni Avropa rekordunu müəyyənləşdirib. O, toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.
Qeyd edək ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir.
Oxşar xəbərlər
Atletimiz Avropa üçüncüsü oldu
Azərbaycanlı idmançıdan yeni Avropa rekordu
Azərbaycanlı idmançı Avropa birinciliyinin ikiqat qalibi oldu
Atletimiz Avropa üçüncüsü oldu
Azərbaycanlı Milanda Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı














Misli Premyer Liqası