reklam
Sportfm.az xəbər saytı

"Səbail"də ciddi itkilər var


Premyer Liqanın 12-ci turunda "Sabah"ı qəbul edəcək "Səbail"də ciddi itkilər var. 

Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev üç futbolçu - Maykl Essyen, Mirabdulla Abbasov və İqor Korotetskinin xidmətindən yararlanmayacaq. Onlar zədə səbəbindən qarşılaşmanın iştirakçısı olmayacaq. Sarı vərəqə limitini dolduran Ağabala Ramazanov da komandasına kömək etməyəcək. Zədəsini sağaldan Eriko da Silva isə bu matçda forma geyinə biləcək.

"Səbail" - "Sabah" oyunu noyabrın 23-ü "ASCO Arena"da baş tutacaq. Qarşılaşmaya 15:00-da start veriləcək.

Oxşar xəbərlər

"Sabah"ın hücumçusu "Səbail"ə qarşı oynamayacaq - Premyer Liqa
Aftandil Hacıyev Maykl Essyenlə bağlı qərar verəcək
"Krayova" - "Səbail" - START HEYƏTLƏR
"Səbail" Avropa Liqası üçün 21 futbolçu sifariş etdi - SİYAHI
Maykl Essyen "Səbail"lə məşq etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər