"Qarabağ" "İmarət"in 10 yaşını təbrik etdi -FOTO
Bu gün "Qarabağ"ın azarkeş qrupu olan "İmarət"in 10 yaşı tamam olur.
Sportfm.az xəbər verir ki, Ağdamdakı məşhur “İmarət” stadionunun adını daşıyan bu azarkeş qrupunu 2009-cu il noyabrın 19-da vətənpərvər qarabağlı gənclər yaradıb.
“İmarət” bu gün Azərbaycan futbolundakı fan-klublar sırasında ən fəallardan biridir. "İmarət"in son illərdəki ən böyük uğurlarından biri də bəzi xarici ölkələrdə “İmarət”in bölmələrinin açılması olub.
"Qarabağ"ın media xidməti Azərbaycan futboluna və kluba sadəqətlə xidmət edən, komandanın əsgərlərinə çevrilmiş “İmarət”in yaradıcılarını və bütün üzvlərini təbrik edib, “Qarabağ” klubunun və Azərbaycanın bayrağını doğma “İmarət” stadionunda qaldırmağı arzulayıb.
Oxşar xəbərlər
“İmarət” stadionunda qəbirlər aşkar edildi - FOTO
29 il sonra “İmarət” stadionunda - FOTO
"Tezliklə "İmarət"in tribunalarını dolduracağıq" - Qara Qarayev
"Qarabağ" Ağdama yollandı - "İmarət"i ziyarət edəcək
Darmadağın edilmiş "İmarət" stadionu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası