reklam
Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirildi
Sportfm.az xəbər saytı

Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirildi


2020-ci il Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Arkadi Dvorkoviç bildirib. 

Onun sözlərinə görə, Olimpiada gələn ilin 1 - 15 avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində deyil, paytaxt Moskvada keçiriləcək.

Bununla belə, tarixdə ilk dəfə təşkil olunacaq Ümumdünya Şahmat Paralimpiadası Xantı-Mansiyskdə baş tutacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq, hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib.

Oxşar xəbərlər

Olimpiya çempionu artıq Bakıda - Vugar Gashimov Memorial-2022
Şahmat Olimpiadası bu şəhərdə keçiriləcək
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olimpiadaya yollanacaq - Heyət açıqlandı
Rusiyadakı olimpiada baş tutmayacaq
2020-ci ildə Şahmat Olimpiadası bu şəhərdə keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər