Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Runi "yuvanı" tərk edə bilər
"Mançester Yunayted"in hücumçusu Ueyn Runi "İnter"in maraq dairəsinə düşüb. Sportfm.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubunun çinli sahibləri qış transfer pəncərəsində 31 yaşlı hüçumcu ilə ilkin razılığa gəlmək istəyirlər. Bir neçə gün əvvəl İngiltərə mətbuatında yayılan məlumata görə, "Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mourinyo Runini əsas heyətdə görmədiyini bildirib. İtaliyalılar Runidən əlavə, yeni baş məşqçidə gətirmək istəyirlər. Frank de Burun işindən razı qalmayan rəhbərlik yayda hollandiyalı mütəxəssisi "Atletiko" Madridin çalışdırıcısı Dieqo Simeone ilə əvəz etmək istəyirlər.
Qeyd edək ki, Ueyn Runi "Mançester Yunayted"in heyətində 12 ilə 532 matç keçirib və 246 dəfə fərqlənib.
Oxşar xəbərlər
Runi İngiltərə klubunun baş məşqçisi ola bilər
Runi istefaya göndərildi
Runidən tarixi rekord
Runi "Mançester Yunayted"in tarixinə düşdü
Geri dön, Runi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası