reklam
Messiyə “Qızıl buts” mükafatı təqdim olundu
Sportfm.az xəbər saytı

Messiyə “Qızıl buts” mükafatı təqdim olundu


İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messiyə “Qızıl buts” mükafatı təqdim olunub.

Sportfm.az xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafatı 6-cı dəfə alıb.

Messi buna ötən mövsüm La Liqada 34 oyuna 36 qol vuraraq 72 xal toplamaqla nail olub.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə “Qızıl buts”a layiq görülüb.

 

Oxşar xəbərlər

"Barselona" Messiyə müddətsiz müqavilə təklif etdi
Messi 5-ci dəfə "qızıl buts" mükafatını aldı - FOTO
Messi beşinci dəfə “Qızıl buts”un sahibi oldu
Messi "Barselona"da qalır - 700 milyon avroya
Lionel Messi dördüncü dəfə “Qızıl buts” aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər