reklam
“Lion” baş məşqçisini istefaya göndərdi
Sportfm.az xəbər saytı

“Lion” baş məşqçisini istefaya göndərdi


Fransanın “Lion” futbol klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırır.

Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

Qeyd olunub ki, komanda baş məşqçilə müqavilənin ləğvinə səbəb olacaq prosedura başlayıb. Bu prosedur zamanı komandanın məşq prosesinə Silvinyonun köməkçisi Jerald Batikl rəhbərlik edəcək.

Ona isə klubun idman direktoru Juninyo Pernambukano nəzarət edəcək.

Fransa Liqasının 9-cu turunda “Lion” 90-cı dəqiqədə qapısına top buraxaraq “Sent-Etyen”nə məğlub olub (0: 1). Bunula da klub 9 oyunda 9 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində 14-cü yeri tutur.

Oxşar xəbərlər

"Lion" baş məşqçisi ilə yollarını ayırır
Fransa klubu baş məşqçi ayrılığı
“Aston Villa” baş məşqçisini istefaya göndərdi - Ayrılıq
Lider autsayder səfərində - AFİŞA
PSJ “Lion”a qarşı - AFİŞA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər