reklam
Futbolçu fotoya görə üzr istədi:
Sportfm.az xəbər saytı

Futbolçu fotoya görə üzr istədi:"Bütün şübhələri rədd edirəm"


UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində PSJ-yə 0:3 hesabı ilə məğlub olan "Real"ın qapıçısı Alfons Areola azarkeşlərdən üzr istəyib.

Sportfm.az xəbər verir ki, oyundan sonra Paris klubunun futbolçuları Kilian Mbappe və Erik Çupo-Motinqlə birlikdə şəkil çəkdirən qapıçı, "Real" azarkeşlərindən üzr istəyib:

"Sosial şəbəkələrdə bu fotoya yazılan rəyləri görəndə, təəssüfləndim. "Real"a olan motivasiya və sədaqətimlə bağlı bütün şübhələri rədd edirəm. Bu məğlubiyyət böyük ailə yaratdığımız hər kəs kimi mənə də təsir etdi. Oyundan sonra keçmiş komanda yoldaşlarım və vida edə bilmədiyim insanlarla görüşdüm. Bununla bağlı narahat olan bütün azarkeşlərdən üzr istəyirəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq".

Areola "Real"a yay transfer pəncərəsi dövründə PSJ-dən icarə əsasında keçib.

Oxşar xəbərlər

“Real”ın yeni “1 nömrə”si məlum oldu
Dünya çempionu "Real Madrid"i tərk etdi - PSJ-yə döndü
Buffon əvəzedici rolunda!
Klub prezidenti azarkeşlərdən üzr istədi
Mourinyo azarkeşlərdən üzr istəyib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər