Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Fənərbaxça” böyük hesabla uduzdu, "İnter"dən ilk qələbə
Avropa Liqasında qrup mərhələsinin I dövrəsi başa çatıb. Sportfm.az saytının məlumatına görə, III turda 12 qrupda 24 qarşılaşma keçirilib. "Şaxtyor”la "Şalke” ikinci qələbəsini qazanıb. Ən gözlənilməz nəticə İspaniya "Atletik”inin yenə də uduzması olub. Həmçinin, ölkəmizdə kifayət qədər azarkeşi olan "Fənərbaxça” da böyük hesabla yenilib. Onlar "Mançester Yunayted”in 4 dəqiq zərbəsinə cəmi 1 qolla cavab veriblər.
"Qəbələ”nin çıxış etdiyi "C" qrupunda "Maynts” "Anderlext”lə heç-heçə edib. Almanlar hesabı açsalar da, üstünlüklərini qoruya bilməyiblər. Nəticədə belçikalılar ilk pillədəki yerlərini qoruyublar. Xalı olmayan təmsilçimiz isə son sırada qərarlaşıb.
"Qarabağ”ın mübarizə apardığı "J" qrupunda isə "Fiorentina” "Slovan”a da gücünü göstərib. Çexiyalıları 3:1 hesabı ilə məğlub edən italiyalılar ən yaxın izləyicisi PAOK-la xal fərqini 3-ə çatdırıblar. Bunda "Qarabağ”ın yunanları Bakıdan xalsız yola salmaları rol oynayıb. Qrupda ilk qələbəsini qazanan Azərbaycan çempionunun isə hesabında PAOK kimi 4 xalı olsa da, rəqibindən top fərqinə görə geri qalır.
Avropa Liqası
20 oktyabr
III tur
A qrupu
"Feyenoord” (Hollandiya) – "Zarya” (Ukrayna) – 1:0
Qol: Yoerqensen, 55
"Mançester Yunayted” (İngiltərə) – "Fənərbaxça” (Türkiyə) – 4:1
Qollar: Poqba, 31; 45; Martial, 34; Linqard, 48 – van Persi, 83
B qrupu
"Olimpiakos” (Yunanıstan) - "Astana” (Qazaxıstan) – 4:1
Qollar: Fiqueiras, 25; Elyounoussi, 33; Seba, 34; 65 – Kabananqa, 54
"Yanq Boyz” (İsveçrə) – APOEL (Kipr) – 3:1
Qollar: Hoarau, 18; 52; 82 – Efrem, 14
C qrupu
"Sent-Etyen” (Fransa) – "Qəbələ” (Azərbaycan) – 1:0
Qol: Rikardinyo, 90 (öz qapısına)
"Anderlext” (Belçika) – "Maynts” (Almaniya) – 1:1
Qollar: Mallı, 10 – Teodorçik, 65
D qrupu
"Alkmaar” (Hollandiya) – "Makkabi” (Təl-Əviv, İsrail) – 1:2
Qollar: Muehren, 72 – Skarion, 24; Qolasa, 81
"Dandalk” (İrlandiya) - "Zenit” (Rusiya) – 1:2
Qollar: Benson, 52 - Mak, 71; Qiuliano, 77
E qrupu
"Roma” (İtaliya) – "Austria” (Avstriya) – 3:3
Qollar: El Şaravi, 19; 34, Florensi, 69 – Holjauser, 16; Prokop, 82; Kayode, 84
"Viktoriya” (Çexiya) – "Astra” (Rumıniya) – 1:2
Qollar: Hovara, 86 – Alibes, 41; Hovara, 64 (öz qapısına)
F qrupu
"Genk” (Belçika) - "Atletik” (İspaniya) – 2:0
Qollar: Brabeç, 40; Ndidi, 83
"Rapid” (Avstriya) – "Sassuolo” (İtaliya) – 1:1
Qollar: Şaub, 7 – Şrammel, 66 (öz qapısına)
G qrupu
"Selta” (İspaniya) - "Ayaks” (Hollandiya) - 2:2
Qollar: Fontas, 29; Orellana, 82 – Ziyeç, 22; Younes, 71
"Standard” (Belçika) – "Panatinaikos” (Yunanıstan) – 2:2
Qollar: Junior, 45; Belfodil, 82 – İbarbo, 12; 36
H qrupu
"Konyaspor” (Türkiyə) – "Braqa” (Portuqaliya) – 1:1
Qollar: Miloşeviç, 9 - Koka, 55
"Şaxtyor” (Ukrayna) – "Gent” (Belçika) – 5:0
Qollar: : Kovalenko, 12; Ferreyra, 30; Bernard, 46; Tayson, 75; Malışev, 85
İ qrupu
"Krasnodar” (Rusiya) – "Şalke” (Almaniya) – 0:1
Qol: Konoplyanka, 10
"Zalsburq” (Avstriya) – "Nitsa” (Fransa) – 0:1
Qol: Plea, 13
J qrupu
"Qarabağ” (Azərbaycan) – PAOK (Yunanıstan) – 2:0
Qollar: Kintana, 56; Əmirquliyev, 87
"Slovan” (Çexiya) - "Fiorentina” (İtaliya) – 1:3
Qollar: Kaliniç, 8; 23; Babakar, 70 - Sevcik, 58
K qrupu
"Hapoel” (Beyer-Şeva, İsrail) – "Sparta” (Çexiya) – 0:1
Qol: Pulkrab, 71
"İnter” (İtaliya) – "Sauthempton” (İngiltərə) – 1:0
Qol: Kandreva, 67
L qrupu
"Osmanılıspor” (Türkiyə) – "Vilyarreal” (İspaniya) 2:2
Qollar: Rusesku, 23; 24 – N Diaye, 55; Pato, 74
"Styaua” (Rumıniya) – "Sürix” (İsveçrə) –1:1
Qollar: Qoluboviç, 63 - Kone, 86
Oxşar xəbərlər
Avropa Liqasında 1/16 finalçılar müəyyənləşdi
"İnter" məğlub oldu, "Şalke-04", "Zenit" və "Şaxtyor"dan maksimum göstərici
"Zenit", "Şalke", "Şaxtyor" və "Ayaks" 1/16 finala yüksəldi
"Mançester Yunayted" və "Fənərbaxça"dan çətin qələbə
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası