Milli komandamız Uelsə məğlub oldu -VİDEO
Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin beşinci turunda Uelsin qonağı olub.
Sportfm.az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi qrupda bundan əvvəl keçirdiyi üç matçda da məğlub olub.
E qrupunun digər matçında Slovakiya Xorvatiyanı qəbul edib və 0:4 hesabı ilə uduzub.
AÇ-2020-nin seçmə mərhələsi, E qrupu
6 sentyabr
22:45 Uels - Azərbaycan - 2:1
Qollar: Pavel Paşayev, 26 (avtoqol), Qaret Beyl, 85 - Mahir Əmrəli, 59
Baş hakim: Trustin Farruca Kann
Yan xətt hakimləri: Alan Kamilyeri, Luk Portelli
Dördüncü hakim: Alan Mario Sant (hamısı Malta)
Hakim-inspektor: Youni Hyutya (Finlandiya)
UEFA nümayəndəsi: Kristian Velander (İsveçrə)
Kardiff şəhər stadionu.
Oxşar xəbərlər
Slovakiya - Azərbaycan matçının hakimləri açıqlandı
Azərbaycan yığması Uels komandası ilə qarşılaşacaq
Uels - Azərbaycan matçının hakimləri bəlli oldu
Millimizdən rüsvayçı məğlubiyyət
Yığmamız Macarıstana məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası