Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabahkı oyunu səbirsizliklə gözləyirəm" -Qaret Beyl
"Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbirsizliklə gözləyirəm".
Sportfm.az xəbər verir ki, bu sözləri Uels millisinin kapitanı Qaret Beyl Azərbaycan millisi ilə evdə keçirəcəkləri Avro-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
O, üzərlərində təzyiqin olduğunu bildirib: "Qarşıdakı matça köklənmişik. Mütləq qələbə qazanmalıyıq. Son vaxtlar mənə ünvanlanan tənqidlərə qulaq asmıram, heç birini oxumuram. Çox yüksək təzyiq altındayıq. İki məğlubiyyətimiz var. Bundan sonra çalışacağıq ki, bütün görüşlərdə qələbə qazanaq. Cavan oyunçularımızın məsləhətə ehtiyacı olarsa, onlara kömək etməyə hazıram. Hazırda Uelsdə futbol inkişaf etməkdədir. Ona görə də azarkeşlərin marağına səbəb olur. Mövsüm öncəsi çox yaxşı hazırlıq keçmişəm. Məşq edərək özümü yaxşı səviyyəyə gətirməyə çalışdım. Söz-söhbətlərə fikir vermədim. Özümü çox yaxşı hiss edirəm. Ölkəm üçün oynamaqdan zövq alıram".
Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq (Report).
Oxşar xəbərlər
"Qarabağ" yaxşı komandadır" - Endryü Hülsager
"Azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq" - Qurban Qurbanov
"Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar" - Qaret Beyl
"Azərbaycan oyunu çətinləşdirdi" - Qaret Beyl
"Yığmada heç bir psixoloji gərginlik yoxdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək















Misli Premyer Liqası