"Sarri mənə səbəb deyə bilmədi"
"Yuventus"un Çempionlar Liqasının heyətinə daxil etmədiyi Əmrə Can "Bild" nəşrinə açıqlamasında komandanın baş məşqçisi Mauritsio Sarri barədə sərt danışıb.
Sportfm.az xəbər verir ki, Almaniya millisinin üzvü klubun ona verilən sözün üzərində dayanmadığını deyib:
"Son dərəcə şok oldum. Sarriylə görüşdüm. Danışığımız cəmi bir dəqiqə çəkdi və o, mənə bir səbəb deyə bilmədi. Bu durum məni əsəbləşdirir və üzür. Milli komandaların oyunlarından sonra qərarlarımı verib, klubla danışacam. Ötən həftə klub mənə başqa şey söylədi və söz verdilər. PSJ məni transfer etmək istəsə də, komandada qaldım. Şərt Çempionlar Liqasında oynamağım idi".
"Yuventus" Əmrədən başqa, Mario Mancukiçi də UEFA-ya sifariş etməyib. Bundan əlavə, zədəli olan Corco Kyellinin əvəzinə, Merih Demiralın adı yazılıb.
Oxşar xəbərlər
Sarri müqaviləni ləğv edəcək
Sarrini "yola saldılar" - İstefa
"Yuventus" yeni transferini təqdim etdi - FOTO
Rəhbərlikdən üç transfer istədi
“Yuventus”un prezidenti Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək















Misli Premyer Liqası