Xorvatiya yığmasının Bakıya səfər proqramı məlum oldu
Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Slovakiya, 3 gün sonra isə Azərbaycan millisi ilə oyunlar üçün səfər proqramı açıqlanıb.
Sportfm.az xəbər verir ki, Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 5-də Slovakiyanın Trnava şəhərinə gedəcək və həmin gün oyunun keçiriləcəyi Anton Malatinski adına stadionda məşq edəcək. Ertəsi gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Xorvatlar sentyabrın 7-də səhər saatlarında Bratislavadan Bakıya uçacaqlar. Komanda bir gün sonra oyunun keçiriləcəyi “Bakcell Arena”da məşqə çıxacaq. Bazar ertəsi reallaşacaq görüş isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 6-da Uels kollektivinin qonağı olacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın Norveçə səfər proqramı məlum oldu - Avropa Liqası
“Nant”ın Bakıya səfər proqramı məlum oldu
Yığmamızı udanlar nə qədər qazandılar?
Rəqibimizin hazırlıq planı
Almaniya millisi Bakıya nə vaxt gəlir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası