Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı
Sentyabrın 3-də Portuqaliyanın Figueira şəhərində start götürəcək Avropa Super final (European Beach Soccer League) mərhələsi üçün çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, heyətə 12 oyunçu daxil edilib. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, Kamil Hüseynov, Amid Nəzərov, Orxan Məmmədov, Elgiz Kərəmli, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Sabir Allahquliyev və Əbdül Əliyevdir.
Yığma sentyabrın 5-də Estoniya, sentyabrın 6-da Rumıniya, sentyabrın 7-də Çexiya ilə üz-üzə gələcək. Oyunlar Bakı vaxtı ilə saat 15:45-də başlanacaq. Yarış sentyabrın 9-dək davam edəcək.
Qeyd edək ki, Bolqarıstan milli komandasının iştirakdan imtina etməsi səbəbindən final mərhələsində Estoniya yığması mübarizə aparacaq.
Oxşar xəbərlər
Yığma komandamızın Türkiyə ilə oyununun vaxtı açıqlandı
Azərbaycan millisinin heyəti açıqlandı - Avropa oyunları
Azərbaycan yığmasının heyəti açıqlandı - Avropa çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Millimizin heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası