reklam
Sportfm.az xəbər saytı

"Bir yerdə az oynadıqlarından anlaşılmazlıq var" -Xətai Bağırov


Belarus yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan futzal millisinin üzvü Xətai Bağırov federasiyasının rəsmi saytına müsahibə verib. Sportfm.az həmin müsahibəni təqdim edir. 

- Hesabı açan millimiz sonda niyə məğlub oldu?

- Oyuna yaxşı başlamışdıq. Buna görə də hesabı açdıq. Ancaq səhvlərdən qaça bilmədik. Rəqib oyun ərzində hansısa fantastik çıxışla yadda qalmadı. Sadəcə, bizim səhvlərimiz çox oldu.Mövsümün əvvəlidi, hələ çempionat başlamayıb. Buna görə də heç birimiz tam formada deyilik.

- Bu qədər çox səhvə yol verməyiniz nədən qaynaqlanırdı?

- İki “dördlük”lə oynadıq. Bizim “dördlük”də bir dəyişiklik var, digər “dördlük”də isə Rizvanla Vitali bir-birini başa düşür. Digərləri ilə bir yerdə az oynadıqlarından anlaşılmazlıq var. Bunlar tədricən düzələcək. Bu, yay fasiləsindən sonra millinin heyətində ilk oyunumuz idi. Oynadıqca, problemlər aradan qalxacaq.

- Baş məşqçi fiziki hazırlığın zəif olduğunu qabartdı.

- Məşqçinin fikridi. O, kənardan daha yaxşı görür. Ancaq “dördlük”lərlə bağlı dediklərim də səhvlərdə az rol oynamadı.

- Oyuna tam konsantrasiya olmuşdunuzmu?

- Konsantrasiya pis deyildi. Yenə deyirəm, bunlar mövsümün əvvəlinə xas olan çatışmazlıqlardı. Çempionat başladıqdan sonra hər şey qaydasına düşəcək. Oyun zamanı 1-2 epizodda konsantrasiya pozuldu.

- Belarusla 2 gün sonra cavab oyunu var. Nəyi dəyişmək mümkün olacaq?

- Bu oyunun videosuna baxacağıq. Baş məşqçi problemləri deyəcək. Əlbəttə, ikinci oyuna bundan daha yaxşı hazırlaşacağıq.  

 

Oxşar xəbərlər

"Uduzmağı heç kim istəmir" - Joze Alesio
"Oyunçuların yanaşması məni qane etmədi" - Joze Alesio
“Bu hissəni bir başqa oyun adlandırardım” - Joze Alesio
Qurban Qurbanov: Tam istədiyim futbolu görməsəm də...
Rivzan Fərzəliyev heyətdən tam istifadə edilməməsindən gileyləndi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər