reklam
19 yaşlı futbolçu Bundesliqada yeni rekorda imza atdı
Sportfm.az xəbər saytı

19 yaşlı futbolçu Bundesliqada yeni rekorda imza atdı


Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.

 

Sportfm.az xəbər verir ki, bu, II turun “Köln”lə Dortmund “Borussiya”sı arasında oyunda gerçəkləşib.

Qonaqların oyunçusu Ceydon Sanço Almaniya çempionatlarında 15 qol həddinə çatan ən gənc futbolçu olub. 3:1 hesablı qələbəyə bir topla töhfə verən ingiltərəli yarımmüdafiəçi 19 yaş 151 günlüyündə bunu bacarıb.

O, “Ştutqart”ın futbolçusu Horst Keppelin 1967-ci ildə müəyyənləşdirdiyi rekordu 35 gün üstələyib.

Qeyd edək ki, C.Sanço 2017-ci ildən “Borussiya”da çıxış edir.

Oxşar xəbərlər

10 oyunda 15 qol - Harri Keyndən yeni rekord
Bundesliqa tarixində rekord
"Borussiya"nın futbolçusundan yeni rekord - Ən gənc futbolçu
Fevralın ən yaxşısı açıqlandı
Holanddan daha bir rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər