reklam
Sportfm.az xəbər saytı

"Tofiq Bəhramov"da ədaləti rusiyalı qoruyacaq


Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Linfild" (Şimali İrlandiya) cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, matçın baş hakimi Rusiya Futbol Federasiyasından 35 yaşlı Sergey İvanov olacaq. Ona  Roman Usaçov və Valeri Dançenko köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  "Qarabağ" - "Linfild" görüşü avqustun 29-u yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında Belfastdakı ilk oyunda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Qarabağ" - "Gent" oyununa hakim təyinatları - Konfrans Liqası
"Qarabağ" 6-cı dəfə Avroliqanın qrup mərhələsində
"Qarabağ" - "Linfild" oyununun hakimləri açıqlandı
"Qarabağ" - APOEL oyununa hakim təyinatları açıqlandı
"Qarabağ" - "Qöteborq" matçının hakimləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər