reklam
Flaqmanın ziyanı -
Sportfm.az xəbər saytı

Flaqmanın ziyanı -Qazaxlar fərqi artırdı


UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. 

Sportfm.az xəbər verir ki, səfərdə İsrailin “Bney Yehuda” klubuna 1:2 hesabı ilə uduzan "Neftçi" Azərbaycana xal qazandırmayıb. 

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. 25-ci yerin sahibi Qazaxıstan "Astana"nın qələbəsindən sonra xallarını 18,500-ə çatdırıb. 

Bu mövsüm "Neftçi" 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasında mübarizəni başa vurub. 

"Qarabağ"ın qazancı isə 1 xaldır. Ağdam klubu Avropa Kuboklarında Azərbaycanı təmsil edən yeganə klubdur. Komanda Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq. 

Oxşar xəbərlər

Azərbaycan yerində saydı
Qazaxıstan Azərbaycanla fərqi yenidən artırdı - SİYAHI
Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
"Neftçi"nin qələbəsi reytinqimizə təsir etdi
UEFA reytinqində Azərbaycan Qazaxıstana yaxınlaşdı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər