reklam
Cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olundu -
Sportfm.az xəbər saytı

Cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olundu -FOTO


Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) 13 nəfər gənc ədalət təmsilçisinə 1-ci dərəcəli hakim kitabçaları təqdim olunub. 

Sportfm.az xəbər verir ki, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişaf etməsindən danışıb: "Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Cüdo Federasiyasının müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birincilikləri, Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir ildən ilə iştirakçıların sayında kütləviliyin artımı ilə müşahidə olunur ki, bu da bu idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir”.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək respublika və beynəlxalq miqyaslı cüdo yarışları zamanı təşkilati və mənəvi dəstəyə görə baş idarəyə təşəkkürünü bildirib. Dərəcə alan hakimlərə gələcək karyeralarında uğurlar arzulayıb və onların arasında irəlidəki illərdə beynəlxalq dərəcə alaraq ölkəmizi Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı hakimlərin olduğuna inamını ifadə edib.

Sonda Azərbaycan Cüdo Federasiyasının qabaqcıl gənc hakimlərinə 1-ci dərəcə kitabçaları təqdim olunub.

Oxşar xəbərlər

Cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olundu
Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
Cüdo üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşdi - FOTO
Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatının açılış mərasimi baş tutub
İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər