İran millisinin üzvü rəsmən "Sumqayıt"da -FOTO
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaş "Sumqayıt"ın heyətində 70 nömrəli formada çıxış edəcək.
Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).
26 yaşlı futbolçu 2014-cü ilin aprelində İran yığma komandasına dəvət alıb. Karluş Keyruşun dönəmində milliyə çağırılan futbolçu Anqola və Belarusla yoldaşlıq görüşlərində 85 dəqiqə meydanda olub.

Oxşar xəbərlər
“Sumqayıt”da cənubi azərbaycanlı hücumçu - Transfer
"Sumqayıt" iranlı hücumçu ilə gücləndi - Transfer
"Keşlə"nin üzvü "Sumqayıt"la müqavilə bağladı
"Sumqayıt" yeni transferini rəsmən açıqladı
“Sumqayıt” daha bir transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan klubu Çempionlar Liqasında
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO














Misli Premyer Liqası