reklam
Xavi ayaqyalın qaldı -
Sportfm.az xəbər saytı

Xavi ayaqyalın qaldı -FOTO


Xavinin baş məşqçisi olduğu "Əl Sədd" klubu Asiya Çempionlar Liqasında "Əl Duhail"lə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçın son anlarında maraqlı dəqiqələr yaşanıb. Belə ki, Xavi, oyunun sonlarında "Əl Duhail"in müdafiəçisinin cərimə meydançasında "Əl Sədd"in oyunçusuna qarşı sərt müdaxiləsindən sonra penalti tələb edib. Ancaq hakim bununla razılaşmayıb və oyunu davam etdirib.

Hakimə qəzəblənən Xavi yaxındakı su şüşəsini təpiklə vuran zaman, ayaqqabısının bir tayı ayağından çıxaraq, kənara düşüb. Bir müddət meydanda bir ayağı yalın qalan Xavinin görüntüləri isə maraqla qarşılanıb.

Oxşar xəbərlər

“Əl-Sədd” razılıq verdi - Xavi gedir
Xavinin komandası rekord qırdı - 34-cü qələbə
Xavi 6-cı dəfə ən yaxşı oldu - Qətərdə çempionatında
Xavi Qətərdə qaldı - FOTO
Xavi baş məşqçi təyin edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər