Ölkəmizdə idmançıların hüquqlarının müdafiəsini gücləndirilir
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və BM Morrison Partners (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.
Sportfm.az xəbər verir ki, Memorandum çərçivəsində, AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya Komitələrində AMADA-nın yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən bu idmançılara hüquqi yardım göstəriləcək.
Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında göstərəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.
"Bu memorandum, idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədlərini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks etdirilir", - AMADA-nın direktoru və Avropa Şurasının "İnsan hüquqları və idmançılar" üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimi zamanı deyib.
Onun sözlərinə görə, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu formada əməkdaşlığı idman dünyası üçün bir yenilikdir.
"Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi bir müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq", - BM Morrison Partners hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev bildirib.
Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.
Azərbaycan Respublikasının ilk özəl hüquq şirkəti olan BM Morrison Partners 1992-ci ildə təsis edilib. BM xarici dövlətlərdə (Böyük Britaniya, BƏƏ və Rusiya) nümayəndəlikləri olan ilk və yeganə Azərbaycan hüquq şirkətidir. Geniş profilli hüquq şirkəti olan BM hüququn bütün sahələri üzrə böyük təcrübəyə malikdir.
Oxşar xəbərlər
AMADA yeni əməkdaşlıq memorandumu imzaladı
AMADA-dan yenilik
AMADA daha bir beynəlxalq layihəni uğurla həyata keçirdi
AMADA yeni əməkdaşlıq müqaviləsi imzaladı
AMADA-nın direktoru Avropa Şurasının məruzəçisi seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası