Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" yeni transferini rəsmən açıqladı -FOTO
“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, qəsəbə təmsilçisi Anastasios Papazoğlu ilə anlaşıb. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Xanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.
"Zirə" bu yay Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç, Miloş Bakraç və Soni Nordeni də heyətinə qatıb.

Oxşar xəbərlər
Azərbaycan çempionatında ilk perulu
Soni "Zirə" üçün oynayacaq - FOTO
"Zirə" daha bir legioneri heyətinə qatdı - FOTO
"Zirə"dən yeni transfer - FOTO
"Qəbələ"nin daha bir futbolçusu "Zirə" ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası