Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kolumbiyalı İspaniyadan İtaliyaya daşındı
İtaliyanın “Sampdoriya” klubu heyətinə yeni futbolçu qatıb.
Sportfm.az xəbər verir ki, Genuya təmsilçisi İspaniyanın “Valensiya” klubundan Jeyson Murilyonu transfer edib.
Kolumbiyalı müdafiəçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. O, 2019/20 mövsümünün sonunadək icarə əsasında çıxış edəcək. “Sampdoriya” buna görə ispaniyalılara 2 milyon avro ödəyəcək.
Anlaşmaya görə Genuya klubu bir ildən sonra futbolçunun keçidi üçün 12 milyon avro ödəyərək onun transfer hüququna da yiyələnəcək.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2017-ci ildən “Valensiya”da çıxış edirdi. Ötən mövsümün ikinci yarısında isə icarə əsasında “Barselona”nın şərəfini qoruyub.
Oxşar xəbərlər
"Qəbələ" braziliyalı müdafiəçi aldı - 1+1 illik müqavilə
“Real” Beylə qiymət qoydu - 15 milyon avro
"Valensiya"nın futbolçusu "Atletiko"-da - 4 illik müqavilə
80 milyon avro qiymət qoyuldu - FOTO
90 milyon qiymət qoydular - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası