reklam
“Şirvan”da oynayırdı, A seriyasına getdi
Sportfm.az xəbər saytı

“Şirvan”da oynayırdı, A seriyasına getdi


Azərbaycan millisinin voleybolçusu Odina Bayramovanın gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyənin "Halkbank” klubu ilə müqaviləsini pozan 4-cü zona oyunçusu karyerasını İtaliyada davam etdirəcək. Yığmamızın kapitanı A seriyasında oynayan "Frenze” ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Bayramova ən azı 2016/2017 mövsümünü Florensiya təmsilçisinin heyətində keçirəcək. Özünü yaxşı göstərəcəyi halda, onun müqaviləsinin müddəti də artırılacaq.
 
Qeyd edək ki, Odina hələlik legioner həyatı yaşamayıb. O, son 2 ayı Türkiyə klubunda olsa da, rəsmi matça çıxmadan Ankara təmsilçisi ilə vidalaşıb. Təmsilçimiz "Frenze”yə kimi isə "Şirvan”, "Bakı” və "Azərreyl” klublarında oynayıb.

Oxşar xəbərlər

Yığmamızın oyunçusu Türkiyə klubu ilə müqavilə bağladı
Yığmamızın sabiq hücumçusu Türkiyə klubunu çalışdıracaq
Bayramova İtaliyada ən yaxşı oldu
Yığmamızın oyunçusu Türkiyə klubu ilə vidalaşdı - FOTO
“Lokomotiv”in daha bir voleybolçusu özünə komanda tapdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər