Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Keşlə" monteneqrolu futbolçu transfer etdi -FOTO
"Keşlə" növbəti transferini açıqlayıb.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb. Monteneqrolu müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
30 yaşlı futbolçu Monteneqronun "Rudar", Belçikanın "Sportinq Şarleroi" və "Vasland-Beveren", Kiprin "Enosis", Macarıstanın "Dirmot komandalarında çıxış edib. Onun son klubu "Uypeşt" olub.
"Keşlə" daha öncə Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov, İlkin Qırtımov, Stanislav Namaşko və Emin Mehdiyevi transfer edib.
Oxşar xəbərlər
"Keşlə" argentinalı müdafiəçi aldı - Mövsümün sonunadək
Daha bir futbolçu Bakı klubunu tərk etdi - ayrılıq
"Keşlə"də daha iki müqavilə - RƏSMİ
Namaşko qapıda durdu, "Keşlə"nin yeni transferi qol vurdu - VİDEO
"Keşlə" daha iki futbolçu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası